MƏDƏNİYYƏT


Ukraynanın prima-balerinası Bakıya gəlir

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baleti təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərində baş rolda Ukrayna Milli Operasının tanınmış prima-balerinası, Ukraynanın Xalq artisti Tatyana Qolyakova çıxış edəcək.

Baletdə Qraf Albert partiyası digər ukraynalı balet ustası, beynəlxalq müsabiqələr laureatı Stanislav Olşanski tərəfindən canlandırılacaq.

Mirta rolunu isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının gənc solisti, balet artistlərinin Almaniyada keçirilən müsabiqəsinin bürünc mükafatçısı Ayan Eyvazova ifa edəcək.

Balet dirijor Orxan Həşimov tərəfindən idarə olunacaq.

Qeyd edək ki, Q.Qolyakova bir sıra beynəlxalq balet müsabiqələrinin laureatıdır. Bir çox xarici ölkələrdə - Almaniya, Avstriya, İtaliya, İsveçrə, Belçika, Fransa, Hollandiya, İspaniya, ABŞ, Yaponiya, Avstraliya və digər ölkələrin aparıcı sənət ocaqlarında uğurla çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.