SİYASƏT
Ukraynanın tanınmış telekanalında Cocuq Mərcanlıdan hazırlanmış reportaj yayımlanıb VİDEO
Kiyev, 12 fevral, AZƏRTAC
Ukraynanın tanınmış telekanalında Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən hazırlanmış xüsusi reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, “UKRAYNA” telekanalında yayımlanmış “Öz torpağına qayıdış!” adlı reportajda xüsusi çəkiliş qrupu Cocuq Mərcanlı kəndində məskunlaşan azərbaycanlı ailələrdən müsahibə alıb. Jurnalist bildirib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra Lələtəpə yüksəkliyi işğalçı Ermənistan hərbçilərindən geri alındıqdan sonra qısa zamanda Cocuq Mərcanlı kəndində qəsəbə salınıb. Qəsəbədə məktəb, məscid də inşa olunub.
Reportajda Cocuq Mərcanlıda yaradılan yüksək şərait xüsusi vurğulanır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev