İQTİSADİYYAT
Ukraynanın vaqon tikintisi zavodu Azərbaycana müasir yük və sərnişin vaqonları təklif edir
Bakı, 12 iyun, AZƏRTAC
Ukraynanın Kryukov vaqon tikintisi zavodu ölkənin nəqliyyat vasitələrinin və dəmiryolu vaqonlarının istehsalı sahəsində qabaqcıl yerlərdən birini tutur. Belə ki, müəssisənin illik gücü 12000 yük və 300 sərnişin vaqonu təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisinin iştirakçısı Ukraynanın Kryukov vaqon tikintisi zavodunun şöbə müdiri Sergey Klimenko bildirib.
O qeyd edib ki, təmsil etdiyi qurum Azərbaycanın dəmir yolu, eləcə də Bakı metropoliteni ilə əməkdaşlıq etməyə hazırdır. Bu baxımdan zavod sözügedən təşkilatlara yüksək standartlara malik müasir sürətli sərnişin və yük vaqonları, elektrik və dizel qatarları təklif edir.
S.Klimenko, həmçinin əlavə edib ki, Azərbaycan və Ukrayna arasında Azərbaycan ərazisində yük vaqonlarının birgə istehsalı ilə bağlı təklif irəli sürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]