CƏMİYYƏT
Ukraynanın xəbər portalında Ümummilli Liderin anadan olmasının 99-cu ildönümü münasibətilə məqalə dərc edilib
Kiyev, 12 may, AZƏRTAC
Ukraynanın “Asmedia” xəbər portalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, Kiyev Milli Texnologiya və Dizayn Universitetinin magistri Nəcmiyyə Zeynalzadənin məqaləsində Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin müasir və müstəqil Azərbaycanın memarı və yaradıcısı kimi xidmətlərindən bəhs edilib.
Məqalədə Ümummilli Liderin dövlət institutlarını təkmilləşdirdiyi və xarici əlaqələri genişləndirdiyi qeyd olunur. Həmçinin bildirilir ki, Ulu Öndərin həyata keçirdiyi uğurlu enerji strategiyası sayəsində Azərbaycanın uzunmüddətli inkişafının əsası qoyulub.
Vurğulanır ki, Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Müəllif qeyd edir ki, Azərbaycan sürətlə inkişaf edən, iqtisadiyyatda yüksək artıma nail olan, sabit siyasi sistemə malik gənc demokratik ölkədir. Azərbaycan iqtisadi və siyasi imkanlarından məharətlə istifadə edərək öz milli maraqlarını həyata keçirməklə yanaşı, regional və qlobal mövqelərini möhkəmləndirir. Azərbaycan regionda lider, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır.
Məqalədə Azərbaycan-Ukrayna münasibətlərinə də toxunulub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev