İQTİSADİYYAT
“Ukrtransnafta”: Odessa-Brodı boru kəməri Azərbaycan neftinin tranzit nəqli üçün hazırdır
Bakı, 1 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Odessa-Brodı neft boru kəməri Azərbaycan neftinin Ukrayna ərazisindən tranzit nəqli üçün tam hazırdır.
AZƏRTAC “unian.ua”ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın “Ukrtransnafta” şirkətinin məlumatında deyilir.
“Brodı” stansiyasında neft yükləmə estakadası və “Cənub” limanında neft terminalı Azərbaycandan Ukrayna ərazisi ilə Çexiya, Macarıstan, Slovakiya kimi Mərkəzi Avropa ölkələrinə nəql etməyə başlamaq üçün hazırdır. Azərbaycan neftinin nəqlinə başlamaq üçün müvafiq infrastruktur texniki olaraq hazır vəziyyətdədir”, - deyə məlumatda bildirilir.
Həmçinin qeyd olunur ki, “Ukrtransnafta” hazırda Azərbaycan neftinin Ukrayna ərazisi ilə Avropa istehlakçılarına çatdırılması üçün yeni marşrutların təşkili ilə bağlı Azərbaycan tərəfi və digər maraqlı tərəflərlə intensiv danışıqlar aparır.
Qeyd edək ki, Odessa-Brodı neft boru kəmərinin illik ötürücülük qabiliyyəti 14,5 milyon ton təşkil edir.