ELM VƏ TƏHSİL


Ulakbim-Dərgi Park baza reyestrinə AMEA-nın jurnallarının daxil edilməsi məsələsi müzakirə olunub

Ulakbim-Dərgi Park baza reyestrinə AMEA-nın jurnallarının daxil edilməsi məsələsi müzakirə olunub

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türkiyə Respublikasına səfəri çərçivəsində qardaş ölkənin Elm və Texnoloji Araşdırma Qurumunun (TÜBİTAK) rəhbəri professor Hasan Mandalla görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan və Türkiyə alimlərinin elmi əlaqələrinin əhəmiyyətindən söz açan akademik İsa Həbibbəyli birgə qrant layihələrinin perspektivlərindən danışıb. O, AMEA ilə TÜBİTAK arasında elmi əlaqələrin əhəmiyyəti, qarşılıqlı əməkdaşlıq məsələlərindən bəhs edib.

Professor Hasan Mandal ortaq qrant layihələri ilə bağlı müzakirələrin əhəmiyyətli olduğunu bildirıb, bu sahədə atılacaq yeni addımlardan danışıb.

Görüşdə müxtəlif elm sahələrini əhatə edən layihələrin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi və Türkiyənin Ulakbim-Dərgi Park elektron baza reyestrinə AMEA-nın elmi jurnallarının daxil edilməsi məsələsi müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.