İQTİSADİYYAT


Uldis Auqulis: Riqada Azərbaycan Ticarət Evinin açılması dostluq əlaqələrimizin gələcək inkişafı yolunda mühüm addımdır

Riqa, 23 iyul, AZƏRTAC

Əminəm ki, Riqada Azərbaycan Ticarət Evinin açılması dostluq əlaqələrimizin, xüsusilə iqtisadi sahədə əməkdaşlığımızın gələcək inkişafı yolunda mühüm addımdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Latviyanın nəqliyyat naziri, Azərbaycan və Latviya arasında Hökumətlərarası Komissiyanın həmsədri Uldis Auqulis söyləyib.

Nazir deyib: “Statistika göstərir ki, Latviya-Azərbaycan ikitərəfli əlaqələri yüksələn xətlə inkişaf edir, yük daşımalarının həcmi ildən-ilə artır. İki ölkənin sahibkarları arasında əlaqələr qurmaq və möhkəmləndirmək, biznesin inkişafı mexanizmlərini işləyib hazırlamaq zəruridir. Ticarət Evinin açılması biznes əlaqələrinin güclənməsinin mühüm tərkib hissəsidir. Öz növbəsində, həm Latviya, həm də Azərbaycanın nəqliyyat nazirlikləri yük daşımalarını təmin etməyə hazırdırlar.

Burada mən Azərbaycan şərabının dadına baxdım. Hesab edirəm ki, bu içki Avropa bazarlarına çıxmağa layiqdir. Bakıda olduğum zaman Azərbaycanda demək olar ki, hər məhsuldan mürəbbələr hazırlanması məni müsbət mənada təəccübləndirdi. Azərbaycan mürəbbələrini və cemini Latviya sahibkarlarına və alıcılara tövsiyə edirəm”.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.