İDMAN


“Ulduz” futzal komandası Ukraynada beynəlxalq turnirin qalibi olub

Bakı, 23 iyul, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Ukraynanın Odessa şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edən eşitmə qüsurlu əlillərdən ibarət “Ulduz” futzal komandası iyulun 23-də sonuncu oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, “Çernomorsk” klubu ilə qarşılaşan təmsilçimiz 3:0 hesabı ilə qələbə qazanıb və turnirin qalibi olub.

Xatırladaq ki, turnirin ilk oyununda “İnvosport” klubuna 6:5 hesabı ilə məğlub olan futzalçılarımız növbəti görüşdə “UTOQ sport” komandasına qalib gəlmişdi - 3:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.