MƏDƏNİYYƏT
“Ulduz müharibələri” filminin doqquzuncu epizodunun yeni kadrları təqdim olunub
Bakı, 27 avqust, AZƏRTAC
“The Walt Disney Company” tərəfindən təşkil olunan “D23 Expo” sərgisində “Ulduz müharibələri” filminin doqquzuncu epizodunun yeni kadrları təqdim olunub. Sərgi Anaxayme (Kaliforniya ştatı) şəhərində keçirilib.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, sözügedən kadrlar həmçinin şirkətin “youtube” kanalında da yerləşdirilib.
Videoçarxın birinci hissəsi əvvəlki epizodlara həsr olunub. Yeni kadrlar isə filmin qəhrəmanları olan Rey və Kaylo Renanın döyüş səhnələrini əks etdirir. Videoçarxın sonunda Rey şər qüvvələrin davamçısı kimi göstərilir, əlində isə qırmızı şüalı qılınc tutur.
Doqquzuncu epizodun premyerası 19 dekabra təyin olunub. Filmin rejissoru “Ulduz müharibələri: Gücün oyanması” filmini çəkən Cey Cey Abramsdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]