MƏDƏNİYYƏT


“Ulduzla oxu” layihəsi çərçivəsində növbəti görüş

Bakı, 15 oktyabr, AZƏRTAC

Bakı Kitab Mərkəzində “Ulduzla oxu” layihəsi çərçivəsində növbəti görüş Əməkdar artist, telejurnalist Nərgiz Cəlilova ilə olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış telejurnalist televiziyanın insanların həyatında rolundan, ölkəmizdə müasir televiziyanın müxtəlif problemlərindən, onu daha maraqlı və baxımlı etmək vacibliyindən söhbət açıb. Həmçinin aparıcılıq peşəsinin əsas tələblərindən, nitq mədəniyyətindən, dilin saflığının qorunmasından danışıb, Azərbaycan dilində düzgün, səlis danışmağın sirlərini iştirakçılarla bölüşüb.

Sonda iştirakçıların suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.