“Ulduzu gör” inkişaf proqramı davam edir
AzerTAg.az
Bakı, 19 yanvar, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi, “T-NETWORK” təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Ulduzu gör” inkişaf proqramı davam edir.
“T-NETWORK”dan AZƏRTAC-a bildirilib ki, növbəti proqram “Lider müəllim” mövzusuna həsr olunub.
Qeyd edək ki, proqram hər həftənin çərşənbə günü saat 19:30-da “T-NETWORK” platformasının tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında eyniadlı platformanın “Facebook” səhifəsi üzərindən (https://www.facebook.com/tnetwork.az/ ) canlı yayımlanır.
“Təhsilin məqsədi insanın içindəki ulduzu kəşf etmək və onu daha da parıldatmaqdır” ideyası ilə formalaşan “Ulduzu gör” inkişaf proqramının məqsədi öyrədənlərin şəxsi və pedaqoji bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Xəbərin mətnində orfoqrafik səhv var