ELM VƏ TƏHSİL


“Ulduzu gör” inkişaf proqramı davam edir

Bakı, 28 aprel, AZƏRTAC

Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Ulduzu gör” inkişaf proqramı davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, növbəti proqram “Çempion kimi öyrət” mövzusuna həsr olunacaq.

Qeyd edək ki, proqram hər həftənin çərşənbə günü saat 19:30-da “T-Network” platformasının tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında eyniadlı platformanın feysbuk səhifəsi üzərindən canlı yayımlanır.

“Təhsilin məqsədi insanın içindəki ulduzu kəşf etmək və onu daha da parıldatmaqdır” ideyası ilə formalaşan “Ulduzu gör” inkişaf proqramı tədris edənlərin şəxsi və pedaqoji bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.