DÜNYA


Ultrabənövşəyi robotlar - virusa qarşı yeni Avropa silahıdır

Madrid, 13 oktyabr, AZƏRTAC 

200-ə yaxın İspaniya dövlət xəstəxanası Avropa Komissiyasından sterilizasiya edən robotları alacaq ilk müştərilər arasındadır.

AZƏRTAC xəbər verir ki, bu cihazlar virusun yayılmasını məhdudlaşdırmağa kömək edir və məhdud ərazilərdə mövcud olan patogenlərin 99,99 faizini məhv etməyə qadirdir. Xəstəxana otağını sterilizasiya etmək üçün robota yalnız 10 dəqiqə vaxt lazımdır.

Avropa Komissiyasının Sağlamlıq Təhlükəsizliyi Komitəsindən verilən məlumata görə, bu cihazlar Avropa və dünyanın xəstəxanalarında uğurla istifadə olunur.

İlk robot sterilizatorlar Danimarkanın Blue Ocean Robotics şirkəti tərəfindən bu ölkənin Odense bölgəsindəki xəstəxanalar ilə əməkdaşlıq şəraitində hazırlanıb. Avropa İttifaqında bu cihazlar, hədəflərindən biri yeni rəqəmsal dövrdə Avropa sənayesini dəstəkləmək olan İnformasiya Cəmiyyəti və Media Baş Müdirliyi tərəfindən təşviq olunur.

Avropa Komissiyası robotların epidemioloji vəziyyətə və hər bir ölkənin ehtiyaclarına uyğun olaraq paylanacağını bildirir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.