ELM VƏ TƏHSİL


Ulu Öndər Azərbaycan arxeologiyasına və etnoqrafiyasına daim qayğı göstərib

Bakı, 10 may, AZƏRTAC 

Mayın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə direktor, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova Ümummilli Liderin ölkəmiz üçün misilsiz xidmətlərindən söz açıb.

Vurğulanıb ki, Azərbaycan xalqını və dövlətini, sözün əsl mənasında, fəlakətdən xilas etmiş bu tarixi şəxsiyyət, həm də Azərbaycan elminin inkişafına böyük önəm verib. Məhz onun təşəbbüsü və dəstəyi ilə 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun nəzdində arxeologiya sektoru yaradılıb. 1993-cü ildə ağır faciələrlə üzləşmiş xalqımızın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərin ilk tədbirlərindən biri həmin sektorun əsasında Arxeologiya və Etnoqrafiya İnstitutunun yaradılması olub. Sovet dönəmində Azərbaycanda sistemli və əsaslı şəkildə arxeoloji ekspedisiyaların təşkili görkəmli dövlət xadimi Heydər Əliyevin respublikaya rəhbərliyi dövrünə təsadüf edir. Müasir müstəqil Azərbaycanın rəhbəri olduqdan sonra da Ümummilli Liderin böyük səyi nəticəsində gerçəkləşən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi zamanı Azərbaycan tarixinin ən qədim dövrlərindən orta əsrlərə qədər çoxlu sayda arxeoloji abidə, 30 mindən yuxarı maddi mədəniyyət nümunəsi aşkar edilib. Arxeoloji və etnoqrafik tədqiqatlar nəticəsində XXI əsrdə dünyanın qabaqcıl arxeoloji və etnoloji mərkəzləri ilə əməkdaşlıq qurulub. Azərbaycan dövlətinin güclənməsi, xalqımızın rifahının artması, həmçinin arxeologiya və etnoqrafiya da daxil olmaqla Azərbaycan elminə qayğı kimi Ulu Öndər tərəfindən təməli qoyulmuş siyasi fəaliyyət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra tarix üzrə elmlər doktorları Əsədulla Cəfərov, Hidayət Cəfərov və başqaları Ümummilli Liderin Azərbaycan xalqı və dövləti üçün gördüyü mühüm işlərdən, Azərbaycan elminə verdiyi töhfədən söz açıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.