HEYDƏR ƏLİYEV - 100


Ulu Öndər Azərbaycan dövlətinin siyasi sisteminin formalaşmasında əvəzsiz xidmətlər göstərib

Bakı, 20 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin siyasi sisteminin formalaşmasında əvəzsiz xidmətlər göstərib.

Bu sözlər Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının Rəşid Behbudov 60 üzrə (Azərbaycan Dillər Universiteti) yerləşən ərazi partiya təşkilatında “Heydər Əliyev İli”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği” mövzusunda keçirilən tədbirdə səsləndirilib.

YAP Nəsimi rayon təşkilatından AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla çıxış edərək müasir Azərbaycan dövlətinin siyasi sisteminin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini diqqətə çatdırıb. O, Azərbaycanın ərazi bütövlüyü, azadlığı uğrunda canından keçənlərin heç zaman unudulmayacağını söyləyib. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın dünya dövlətləri içərisində sözünü deyən ölkəyə çevrilməsi istiqamətində yorulmaz fəaliyyətini, Qələbə ilə nəticələnən uğurlu siyasətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov öz çıxışında Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin mərhələləri haqqında danışıb, əsasən də Azərbaycanın müstəqilliyə qovuşmasında, güclü dövlətə çevrilməsi yolunda Ulu Öndərin yorulmaz fəaliyyətini vurğulayıb.

YAP Nəsimi rayon təşkilatının 134 saylı (Azərbaycan Dillər Universiteti üzrə) ərazi partiya təşkilatının sədri, dosent Qorxmaz Mustafayev “Azərbaycanın müasir dövlətçilik tarixi” mövzusunda çıxış edərək Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun dövlətçiliyin möhkəmlənməsindəki rolundan və Prezident İlham Əliyevin onun siyasi kursunu uğurla davam etdirməsindən danışıb.

Baş müəllim Günel Qarayeva “Dövlət ideologiyası - Azərbaycançılıq” mövzusunda çıxışında dövlət ideologiyasının formalaşması və multikultural ənənələrdən, “Yeni Klub”un sədri, “Təhsil-2” fakültəsinin tələbəsi Gülüstan Kərimli isə “Azərbaycan Respublikasında gənclər siyasəti” mövzusunda dövlətin gənclərə qayğısından söz açıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzv olan müəllim və tələbələrə vəsiqələr təqdim olunub, fəaliyyətləri ilə seçilən əməkdaş və tələbələrə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşəkkürnamə və hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.