HEYDƏR ƏLİYEV - 100
Ulu Öndər Heydər Əliyev miqrasiya sahəsinə xüsusi diqqət göstərib





Bakı, 30 may, AZƏRTAC
Lənkəran və Şəki regional miqrasiya idarələri, Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi tərəfindən “Heydər Əliyev İli” çərçivəsində tədbirlər keçirilib.
Dövlət Miqrasiya Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi və çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumatlar verilib. Ulu Öndərin miqrasiya sahəsinə xüsusi diqqət göstərməsi, bu istiqamətdə respublikamızın tərəqqisi naminə həyata keçirdiyi tədbirlər diqqətə çatdırılıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi və nəticədə miqrasiya proseslərini tənzimləmək üçün vahid dövlət orqanı olan Dövlət Miqrasiya Xidmətinin yaradılması, eyni zamanda xidmətin fəaliyyət istiqamətləri barədə geniş məlumatlar verilib.