ELM VƏ TƏHSİL


Ulu Öndər hələ sovet dövründə Azərbaycanın gələcək müstəqilliyinə zəmin yaradıb

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor İlham Mədətov Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərindən danışıb. “Fəxrlə deyə bilərik ki, ümummilli lider hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə zəmin yaradıb. Vətənsevər insanları, iqtisadi potensialı, əlverişli geostrateji mövqeyi, zəngin mədəniyyəti və ənənəvi tolerantlığı ilə diqqət çəkən müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Təhsil, elm və peşəkar kadr hazırlığı sahəsində fəaliyyətimizi Ümummilli Liderin hərtərəfli zəngin irsinə layiqli şəkildə davam etdirməliyik”, - deyə rektor bildirib.

Anım mərasimində ATMU-nun xidmət mühəndisliyi fakültəsinin dekanı Sevda Vəzirova, ictimai fənlər kafedrasının müdiri İbrahim Əliyev, “Heydər Əliyev lektoriyası”nın rəhbəri Məhərrəm Zülfüqarlı ədədi lider Heydər Əliyevin xalqımızın xoşbəxtliyi naminə gördüyü işlərdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsində misilsiz xidmətlərindən danışıblar.

Tədbirdə Ümummilli Liderə həsr olunan videoçarx nümayiş etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.