REGİONLAR


Ulu Öndər müasir tariximizə dövlətçiliyimizin xilaskarı və qurucusu kimi daxil olub

Balakən, 14 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ikinci dəfə Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra xalqımızı qardaş qırğınından, vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas edib, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Milli Qurtuluş Günü münasibətilə iyunun 14-də Balakəndə keçirilən toplantıda səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkına gələrək, dahi rəhbərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə 1993-cü ilin iyununda respublikamızda baş verən ictimai-siyasi proseslərə geniş nəzər salınıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdırmasının aradan qaldırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanıb. Diqqətə çatdırılıb ki, 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub.

Qeyd olunub ki, Ulu Öndərin bizlərə ərməğan etdiyi müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, ölkəmiz günü-gündən çiçəklənir, dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.

Tədbirin sonunda mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.