ELM VƏ TƏHSİL


Ulu Öndər müstəqil Azərbaycanın əsasını möhkəm dayaqlar üzərində qurub

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti, bu elm müəssisəsinin direktoru, akademik İradə Hüseynova ulu öndər Heydər Əliyevin ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldıraraq, müstəqil Azərbaycan Respublikasının əsasının möhkəm dayaqlar üzərində qurduğunu diqqətə çatdırıb. O deyib: “Bunun nəticəsidir ki, artıq Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasında uğurlu siyasəti ilə özünəməxsus yer tutub”.

İnstitutun direktorunun elmi işlər üzrə müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov bildirib ki, 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə, həmin ilin oktyabr ayının 18-də Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Qəbul edilən Konstitusiya Aktında müstəqil Azərbaycanın 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması faktı əksini tapıb.

AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmləri doktoru Səftər Süleymanov, biologiya elmlər doktoru Şahniyar Bayramov müstəqilliyimizin asan əldə olunmadığını, bu yolda ağır itkilər verdiyimizi xatırladıb, müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən daha çətin olduğunu vurğulayıblar.

İnstitutun bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi Elnarə Sadıqova deyib: “Biz gənclər müstəqilliyin ilk illərindən dövlətimizin inkişaf dövrlərinin şahidi olmuşuq və müstəqilliyimizlə bərabər böyümüşük”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.