ELM VƏ TƏHSİL


Ulu Öndər ölkəmizdə elmin inkişafına xüsusi qayğı göstərib

Bakı, 11 may, AZƏRTAC

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Azərbaycan tarixinin Heydər Əliyev dövrünün ölkə həyatında əhəmiyyətindən danışıb. Vurğulayıb ki, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və elmi-mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev ölkəmizdə elmin inkişafına xüsusi qayğı göstərib. Bu gün AMEA-nın mövcudluğu Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmiz üçün çox çətin olan bir dövrdə akademiyaya milli statusun verilməsi, alimlərin əməkhaqqının artırılması və iş şəraitinin yaxşılaşdırılması məhz Ümummilli Liderin səyinin nəticəsidir.

İradə Hüseynova Ümummilli Liderin “Hər bir millətin taleyi onun təhsilindən keçir” sözlərini xatırladaraq qeyd edib ki, əgər bu gün elmə diqqət yetirməsək, sabah bunun mənfi nəticələrini görəcəyik. Bu gün Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Azərbaycan dünya ölkələri arasında öz layiqli mövqeyini tutub. Ölkəmiz müxtəlif nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib.

AMEA-nın müxbir üzvü İbrahim Əzizov Azərbaycan xalqının keçdiyi çətin günləri xatırladıb. Belə bir dövrdə xalq Heydər Əliyevi Azərbaycana dəvət etdi. İnamla demək olar ki, Azərbaycan dövləti məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində öz müstəqilliyini qoruya bildi.

İnstitutun əməkdaşı Raisa İsmayılova qeyd edib ki, o, Azərbaycana 1991-ci ildə köçüb və Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən etibarən ölkədə hansı nailiyyətlərin qazanıldığının şahididir. Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda əmin-amanlıq bərpa olundu. Hazırda Azərbaycan dinindən və milliyyətindən asılı olmayaraq hər bir insanın vətənidir.

İnstitutun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclər siyasətindən söz açıb. O qeyd edib ki, İlham Əliyev hər bir sahəyə olduğu kimi, elmə də ciddi diqqət göstərir. Bizim də borcumuz Prezidentin ətrafında birləşmək və ona dəstək olmaqdır.

Daha sonra institutun ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev, gənc alimlərindən Səmra Mirzəyeva və başqaları çıxış edərək öz ürək sözlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.