ELM VƏ TƏHSİL


Ulu Öndər zəngin dövlətçilik təcrübəsi ilə fərqlənən liderdir

Bakı, 12 dekabr, AZƏRTAC 

Dekabrın 12-də Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Liseydən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən liseyin müdiri Hüseyn Dəmirəl ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, böyük istedadı ilə fərqlənən xarizmatik lider olduğunu bildirib. Ulu Öndərin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı tarixi roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edən liseyin müdiri ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sahəsində Azərbaycanın gündən-günə gücləndiyini, beynəlxalq aləmdə müstəqil və sarsılmaz mövqeyə sahib olduğunu vurğulayıb. O, çıxışında Ulu Öndərin Azərbaycan-Türkiyə münasibətlərinin yüksəlişindəki əvəzsiz rolundan da bəhs edib.

Hüseyn Dəmirəl ümummilli lider Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elm və təhsilə daim böyük diqqət yetirdiyini də söyləyib.

Sonra liseyin müəllimi Təranə Həsənzadə ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə göstərdiyi fəaliyyətdən, onun müdrik və uzaqgörən siyasətindən, ölkəmizin və xalqımızın müstəqilliyi uğrunda verdiyi taleyüklü qərarlardan danışıb. O, ulu öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu zaman bütün sahələr kimi, təhsil sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşdığını deyib.

Anım tədbirində liseyin şagirdlərinin ifasında Ulu Öndərə həsr edilmiş şeirlər səsləndirilib, dahi şəxsiyyətin fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.