REGİONLAR


Ulu Öndərimiz milli dövlətçilik ənənələrinin qorunması istiqamətində məqsədyönlü tədbirlər görüb

Naxçıvan, 19 oktyabr, AZƏRTAC 

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin bərpası və möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin qorunması, siyasi, iqtisadi islahatların həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə AMEA-nın Naxçıvan Bölməsində “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda keçirilən konfransda ətraflı danışılıb.

Konfransda çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq qeyd edib ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizi xaos və anarxiyadan, hərc-mərclikdən qurtarıb. Azərbaycanın qüdrətlənməsinə və xalqımızın maddi rifah halının yüksəldilməsinə xidmət edən siyasi qərarlar qəbul edib.

“Ulu öndər Heydər Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu siyasi xətt Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə misilsiz töhfələr verir” – deyən İsmayıl Hacıyev diqqətə çatdırıb ki, ölkəmizin hərtərəfli və sürətlə inkişafı, əsaslı dəyişikliklər, xarici siyasətimizdəki uğurlar, əhalinin rahatlığı naminə həyata keçirilən qlobal layihələr bu gün Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir.

İsmayıl Hacıyev vurğulayıb ki, dahi şəxsiyyətin işi və əməlləri Naxçıvan Muxtar Respublikasında da bütün sahələrdə uğurla davam etdirilir. Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının bu gün bütün sahələrdəki yüksək inkişafı ulu öndər Heydər Əliyevin parlaq ideyalarının təzahürüdür.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi və memarıdır” mövzusunda məruzəsi dinlənilib.

Məruzə ətrafında Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli çıxış edərək bu istiqamətdə həyata keçirilən tədbirlərdən, Ulu Öndərimizin və Prezident İlham Əliyevin müstəqilliyimizin qorunmasında və inkişafındakı misilsiz xidmətlərindən danışıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.