Ulu Öndərin Tbilisidəki abidəsi ziyarət olunub
AzerTAg.az
Tbilisi, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin xatirəsi qonşu Gürcüstanda da ehtiramla yad olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin, “SOCAR-Georcia”, “Paşa Bank”, Azərbaycan Dəmir Yolu QSC, AZNEBİ-nin, Gürcüstan Ağsaqqallar Şurasının nümayəndələri, Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Azər Süleymanov, Savalan Mirzəyev, Ruslan Hacıyev və digər rəsmi şəxslər Ulu Öndərin Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında ucaldılan abidəsini ziyarət edib, önünə əklil, gül dəstələri düzüblər.
Səfirliyin əməkdaşları parka gələnlərə Heydər Əliyev barədə məlumat verib, Ulu Öndərin xidmətlərindən danışıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi




Xəbərin mətnində orfoqrafik səhv var