REGİONLAR


Ulu Öndərin anadan olmasının 96-cı ildönümü Ağcabədidə təntənə ilə qeyd edilib

Ağcabədi, 11may, Tahir Ağaməmmədov, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü respublikamızın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda təntənə ilə qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayon ictimaiyyəti, əmək kollektivləri, ağsaqqallar, gənclər, N saylı hərbi hissənin əsgər və zabitləri şəhərin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyub, dahi rəhbərə öz sevgi və məhəbbətlərini bildiriblər. Mərasimdə çıxış edənlər ulu öndər Heydər Əliyevin zəngin həyatından, Azərbaycan xalqının bu günü və xoşbəxt gələcəyi naminə misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyev şəxsi keyfiyyətləri ilə də yaddaşlarda silinməz iz qoyub. O, fenomenal yaddaşı, yüksək təşkilatçılıq bacarığı, tükənməz enerjisi və zəhmətsevərliyi, cəsarəti, qətiyyəti və polad iradəsi, eyni zamanda, insanpərvərliyi və qayğıkeşliyi ilə müasiri olduğu insanların dərin rəğbətini və sevgisini qazanıb.

Rayon məktəblilərinin əl işlərindən ibarət sərgi tədbir iştirakçılarının marağına səbəb olub. Tədbir rəngarəng konsert proqramı ilə axşam saatlarınadək davam edib. Meydana toplaşanlar konsertdən sonra son illər inkişaf edən, gözəlləşən, yeni görkəm alan Ağcabədi şəhərinin səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını seyr ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.