MƏDƏNİYYƏT


Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə Milli Arxiv İdarəsində tədbir keçirilib

Bakı, 10 may, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Milli Arxiv İdarəsində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi və əvəzsiz xidmətlərindən danışıb. Ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, iqtisadiyyatın, elmin, mədəniyyətin və digər sahələrdə inkişafın təmin edilməsi ilə əlaqədar Ümummilli Liderin xidmətlərinin Azərbaycan xalqı tərəfindən minnətdarlıqla xatırlandığını qeyd edib.

Natiq ölkədə arxiv işinin yenidən qurulması və təkmilləşdirilməsində Ulu Öndərin xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, Heydər Əliyevin “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir” sözləri bu gün Azərbaycan arxivçilərinin əsas şüarıdır.

Çıxışlarda vurğulanıb ki, Heydər Əliyev tərəfindən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun müəyyən edilməsi, Azərbaycanın dünya birliyinə uğurla inteqrasiya olunması və beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, eləcə də bərabərhüquqlu və qarşılıqlı faydalı prinsiplər əsasında dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarla münasibətlər qurulmasına səbəb olub. Ümummilli Lider tərəfindən əsası qoyulan və uzunmüddətli hədəflər müəyyən edən uğurlu enerji və nəqliyyat strategiyası Azərbaycanda, eləcə də regionun tərəfdaş ölkələrində inkişafın, rifahın və əmin-amanlığın təmin edilməsində, ölkəmizin regiondakı strateji və iqtisadi əhəmiyyətini artırmaqla yanaşı, həm də beynəlxalq enerji-nəqliyyat təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.