SİYASƏT


Ulu Öndərin anadan olmasının 98-ci ildönümü Azərbaycanın İsveçdəki səfirliyində də qeyd edilib

Stokholm, 10 may, Rauf Əliyev, AZƏRTAC

Azərbaycanın İsveçdəki səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları və İsveçdəki Azərbaycan diasporunun fəalları iştirak edib.

Giriş sözü ilə çıxış edən Azərbaycanın İsveçdəki Müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətləri haqqında ətraflı danışıb. Ulu öndərin siyasətinin mahiyyətindən söz açan Günəş Rüstəmzadə bildirib ki, bu böyük şəxsiyyətin prinsipial, qətiyyətli qərarları, siyasi uzaqgörənliklə atılmış addımları Azərbaycanın dünya dövlətləri arasında layiqli yerini tutmasına səbəb olub. Onun sözlərinə görə, Heydər Əliyevin Azərbaycanın inkişaf, habelə xalqımızın firavanlığı uğrunda apardığı planlaşdırılmış addımlarının nəticəsində ölkəmiz həm keçmiş sovet dövründə, həm də müstəqillik illərində bütün sahələrdə gözəçarpan uğurlara imza atıb.

Heydər Əliyevin Azərbaycan xalqının ən çətin günlərində xilaskarlıq missiyasını uğurla yerinə yetirən əsl lider olduğunu xüsusilə qeyd edən Günəş Rüstəmzadə deyib: “Ulu Öndərin apardığı siyasətin əsasında Azərbaycanın həm mədəni, həm siyasi, həm də iqtisadi sahələrdə güclənməsini təmin etmək istəyi olub”.

Sonra çıxış edən diaspor fəalları, öz şəxsi xatirələrindən danışaraq ulu öndər Heydər Əliyevin ölkəmiz uğrunda apardığı məqsədyönlü və düşünülmüş fəaliyyətindən söz açıblar.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.