MƏDƏNİYYƏT


Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə virtual konsert təşkil olunub

Paris, 10 may, AZƏRTAC

Harada yaşamasından asılı olmayaraq, bu gün hər bir soydaşımız Ulu Öndərin anadan olmasının 98-ci ildönümünü qalib ölkənin övladları kimi qeyd edirlər.

“Dəmir yumruq” əməliyyatı ilə başlanan Vətən müharibəsində xalqımızın birliyi, həmrəyliyi, müzəffər Ordumuzun qalibiyyət yürüşü və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində qazanılan möhtəşəm Zəfər xalqımızın Ümummilli Liderinin ümdə arzularının reallaşdığı böyük tarixi hadisədir. Bu gün dünyanın bütün ölkələrində Azərbaycanın xilaskarı və memarı Heydər Əliyevin xatirəsi ehtiramla anılır.

AZƏRTAC xəbər verir ki, Fransadakı səfirliyimizin, UNESCO yanında daimi nümayəndəliyimizin və Fransa Azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə virtual konsert təşkil olunub.

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuş konsertdə Ulu Öndərin sevdiyi mahnılar ifa edilib.

Fransanın Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professoru, Fransa Dövlət Diplomu laureatı Səidə Zülfüqarova və Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali musiqi məktəbinin tələbəsi, Qızıl açar” beynəlxalq musiqi müsabiqəsinin laureatı, gənc fleytaçı Ağarəhim Quliyev virtual konsertdə Azərbaycan və xarici bəstəkarların musiqilərini ifa ediblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.