CƏMİYYƏT


Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş şahmat turniri başa çatıb

Bakı, 7 may, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş məktəblərarası şahmat turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsi 1 ərazi partiya təşkilatının sədri Fərqanə Abbasova ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb, onun əbədiyaşar siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Şahmat turnirində 72 nömrəli məktəb-liseyin şagirdləri Mustafazadə Fikrət Arif oğlu, Məhərrəmova Xumar İsmayıl qızı və Məmmədov Rasul Arif oğlu I yerə, 192 nömrəli orta məktəbin şagirdləri İsmayılov Murad Vüqar oğlu, Qənizadə Rəşad Çingiz oğlu və Xəlilova Aylin Bəhruz qızı II yerə, 74 nömrəli orta məktəbin şagirdləri Xəlilov Nazim Xəlil oğlu, Məmmədov Yusif İlham oğlu və Heydərli Nurtac Zakir qızı III yerə layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.