REGİONLAR


Ulu Öndərin anım günü ilə əlaqədar şimal bölgəsində keçirilən anım mərasimlərində izdiham yaşanıb

Xaçmaz, 12 dekabr, Elxan Yusifli, AZƏRTAC 

Dekabrın 12-də xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Xaçmaz şəhərində izdihamlı anım mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından başlayaraq rayon sakinləri axın-axın Heydər Əliyev adına parka gəlib, Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək düzüblər. Mərasimdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar kollektiv şəkildə iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan süfrələri də açılıb.

X X X

Qubada da ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar keçirilən anım mərasimində böyük izdiham yaşanıb.

Ulu Öndərin şəhərin mərkəzində ucaldılan abidəsi qarşısında yüzlərlə rayon sakini dahi rəhbərə ehtiramlarını nümayiş etdiriblər. Abidə önünə gül-çiçək düzən qubalılar xalqımızın bu gün firavan yaşamasında misilsiz xidmətləri olan Ümummilli Liderin xatirəsini anıb, dualar ediblər.

Anım günü ilə əlaqədar Quba “ASAN xidmət” mərkəzinin kinoklubunda Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilib.

X X X

Respublikamızın hər yerində olduğu kimi, Qusar rayonunda da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə anım mərasimi təşkil olunub.

Rayon sakinləri Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək düzüblər.

Daha sonra mərasim iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısına toplaşıblar.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək Ulu Öndərin zəngin irsi və şərəfli ömür yolundan danışıb, Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğu vurğulayıb.

Qeyd edilib ki, Ulu Öndər Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşüb. Dahi rəhbər azərbaycançılıq ideyasının yaradıcısı olub, Vətənin müstəqilliyi, inkişafı üçün möhtəşəm işlər görüb.

X X X

Şabran, Siyəzən, Xızı rayonlarında keçirilən anım mərasimlərində də izdiham yaşanıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə təşkil olunan mərasimlərdə bu rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.