SİYASƏT


Ulu Öndərin əziz xatirəsi Latviyada anılıb

Riqa, 12 dekabr, AZƏRTAC

Azərbaycanın Latviyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın Latviyadakı səfirliyinin əməkdaşları Ulu Öndərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli və çətin ömür yolu barədə geniş məlumat verib. Ulu Öndərin Azərbaycanda rəhbərliyə qayıdışından sonra onun ölkədə böyük iqtisadi və demokratik islahatlara başlayaraq ölkəni faktiki dağılmaq təhlükəsindən xilas etdiyini qeyd edən səfir o zaman mövcud ağır iqtisadi və siyasi böhran, habelə işğalçı Ermənistanla müharibə şəraitində bütün bunların heç də asan olmadığını və bununla da Heydər Əliyevin faktiki olaraq Azərbaycanda yeni bir dövlətin qurucusu olduğunu söyləyib.

Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi demokratik və iqtisadi islahatlar sırasında yeni Konstitusiyanın qəbul edilməsi, ölüm hökmünün ləğv edilməsi, Ombudsman institutunun yaradılması, “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyasının qurulması və s. bu kimi tarixi nailiyyətlərdən geniş bəhs edən səfir Cavanşir Axundov bütün bunların Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və xalqımızın maddi rifahının yüksəldilməsinə səbəb olmaqla, bütöv Avrasiya məkanında yeni bir siyasi və iqtisadi inqilab hadisəsi olaraq yaddaşlara həkk olunduğunu bildirib.

Bütün bu nailiyyətlərin Azərbaycanda ordu quruculuğu sahəsində də geniş vüsət aldığını qeyd edən səfir müasir və müzəffər ordumuzun təməlinin məhz Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb.

Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin öz başlanğıcını hələ keçmiş Sovet İttifaqı dövründən götürdüyünü bildirən diplomat Ümummilli Liderimizin uzun illər hərbi təhsil, təchizat, hərbi infrastruktur və kadr potensialının hazırlanması sahəsində xidmətlərinin və bu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqli davamının bu gün ölkəmizə hərbi qələbələr qazandıran tarixi həqiqətə çevrildiyini vurğulayıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.