CƏMİYYƏT
Ulu Öndərin əziz xatirəsi Qaradağ rayonunda ehtiramla anılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı dekabrın 11-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda anım mərasimi keçirilib.
RİH-dən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və Şura üzvləri Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, öz ehtiramlarını bildiriblər.