REGİONLAR


Ulu Öndərin hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan qadınları müxtəlif sahələrdə böyük uğurlara imza atıblar

Kürdəmir, 10 dekabr, AZƏRTAC 

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 10-da Kürdəmirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının qadınlar şurası dəyirmi masa keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə təşkilatın qərargahında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

YAP rayon təşkilatının akt zalında təşkil olunan tədbirdə dahi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Dəyirmi masada YAP rayon təşkilatı qadınlar şurasının sədri Sevda Hacıyeva, təşkilatın idarə heyətinin üzvləri - Əməkdar müəllim Elmira Şıxəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Uşaq–İncəsənət Məktəbinin direktoru Qəndaf Zülfüqarova və başqaları çıxış ediblər. Çıxışlarda bildirilib ki, dekabrın 12-də müstəqil, müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin vəfatından 15 il ötür. Bu tarixi şəxsiyyət bütün həyatını dövlətçiliyimizin, xalqımızın bu günü və gələcəyinə həsr edib.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə Azərbaycan qadınlarının həyatında da yeni dövrün əsası qoyuldu. Bu dahi şəxsiyyətin hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan qadınlarının ictimai fəallığı artıb, elmdə, təhsildə, səhiyyədə, mədəniyyətdə, iqtisadiyyatda, kənd təsərrüfatında böyük uğurlara imza atıblar. Əlbəttə, bütün bu uğurların, ictimai fəallığın arxasında Heydər Əliyev qayğısı, Azərbaycan dövlətinə məhəbbət və Azərbaycan qadınına hörmət və qayğıkeşlik dayanırdı.

YAP rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək bildirib ki, bu gün ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edərək yeni-yeni uğurlara imza atır. Bu uğurların təməlində isə Heydər Əliyev siyasəti, Heydər Əliyev ideyaları dayanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.