ELM VƏ TƏHSİL


Ulu Öndərin həyat yolu Vətənini, xalqını sevən hər bir şəxs üçün nümunədir

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətlə tədbir keçirilib.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Mərasimi açan mərkəzin direktoru Pərviz Həmzəyev qeyd edib ki, böyük şəxsiyyətlər gələcəyi başqalarından daha yaxşı görür, tarixi gedişi aydın başa düşür və bunu öz xalqına, gələcək nəsillərə ötürməyə çalışırlar. Dahilər həyatlarını millətinə xidmətə sərf edirlər. Heydər Əliyev də belə insanlardan idi. Ulu Öndərin həyat yolu Vətənini, xalqını sevən hər bir şəxs üçün nümunədir.

Tədbirdə video çəkilişi üzrə operator ustası, kinorejissor Elşən Zeynallı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib. Peşə Təhsil Mərkəzinin tələbələrinin ifasında Ümummilli Liderə həsr olunmuş şeir və mahnılar səsləndirilib. Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.