CƏMİYYƏT
Ulu Öndərin hüquqi dövlət və demokratik cəmiyyətin qurulmasında misilsiz xidmətləri olub
Bakı, 10 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanılmasında, hüquqi dövlət və demokratik cəmiyyətin qurulmasında misilsiz xidmətləri olan dahi şəxsiyyətdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Fəxri xiyabanı ziyarətə gələn müharibə veteranı Mübariz İmranoğlu deyib.
“Artıq 16-cı ildir ki, Azərbaycan xalqı dahi şəxsiyyət Heydər Əliyevin doğum gününü onsuz qeyd edir. Ulu öndər Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində hazırda Azərbaycan dünyada öz sözünü deyən, müstəqil və güclü dövlət kimi tanınır. Nadir tarixi şəxsiyyət olan Heydər Əliyev xalqımız üçün əbədi və həmişəyaşar liderdir”, - deyə o bildirib.