REGİONLAR
Ulu Öndərin mənalı ömür yolu gələcək nəsillər üçün əsl örnəkdir
Zaqatala, 7 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Zaqatala məktəblilərinin rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinə ekskursiyaları başlanıb.
AZƏRTAC xəbər verir ki, Mərkəzi ziyarət edən məktəblilər əvvəlcə ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinə həsr olunan guşələrlə tanış olurlar. Dahi rəhbərin zəngin irsinin daha dərindən öyrənilməsi və təbliği məqsədi ilə Mərkəzdə məktəblilər üçün tarix fənni üzrə açıq dərslər də təşkil edilir. Dərs prosesində şagirdlərə Ümummilli Liderin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki tarixi xidmətləri barədə ətraflı məlumat verilir.
Ekskursiya zamanı məktəblilər, həmçinin kinozalda Heydər Əliyevə həsr olunan filmlərə baxır, Mərkəzdə fəaliyyət göstərən müxtəlif dərnəklərin işi ilə tanış olurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]