REGİONLAR


Ulu Öndərin mənalı ömür yolu gələcək nəsillər üçün əsl örnəkdir

Qax, 11 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Müasir tariximizi ümummilli lider Heydər Əliyevsiz təsəvvür etmək qeyri-mümkündür. Vətən təəssübü, xalq sevgisi Ulu Öndərin həyat yolu, amalı, qayəsi olub. Bu böyük şəxsiyyətin keçdiyi mənalı ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər gələcək nəsillər üçün əsl örnəkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ümummilli Liderin vəfatının on beşinci ildönümü ilə əlaqədar dekabrın 11-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində səsləndirilib.

Rayonun rəhbər işçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev Ulu Öndərin mənalı ömür yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində müstəqil və suveren dövlətin simvolu, cəsur insan, ən böyük vətəndaş kimi qalıb. Bu gün ölkəmizin əldə etdiyi bütün uğurlar bu böyük şəxsiyyətin adı ilə bağlıdır.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın “Xalqa bağışlanan ömür” mövzusunda məruzəsi dinlənilib. Məruzədə vurğulanıb ki, Heydər Əliyevin ən böyük dayağı xalq idi. Ulu Öndər ən çətin günlərdə xalqına güvənir, ona arxalanırdı. Dahi rəhbərin şəxsiyyət kimi ən mühüm keyfiyyəti güclü iradə, qətiyyət, prinsipiallıq və böyük inam sahibi olması idi. Hələ öz sağlığında dünya siyasətçiləri onu dünyanın ən nəhəng siyasət adamı hesab edirdilər.

Bildirilib ki, 1993-cü ildə Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn Ulu Öndərin məqsədyönlü siyasəti və gərgin əməyi sayəsində ölkəmizdə hüquqi dövlət və demokratik cəmiyyət qurulub, Azərbaycan dünya birliyində öz layiqli yerini tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.