Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Ulu Öndərin sevimli qəhrəmanları” silsiləsindən növbəti tədbir VİDEO

Bakı, 25 yanvar, AZƏRTAC

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndərin sevimli qəhrəmanları” silsiləsindən iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunan vətənpərvərlik tədbirləri həftəsinin proqramına əsasən növbəti tədbir görkəmli sərkərdənin doğulduğu Lənkəran şəhərində keçirilib.

AZƏRTAC xəbər verir ki, Lənkərana gələn Müdafiə Nazirliyinin rəsmiləri, rəşadətli Azərbaycan Ordusunun tankçı qəhrəmanları, veteranlar, ictimaiyyət nümayəndələri və Həzi Aslanovun ailə üzvləri əvvəlcə Ümummilli Liderin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə qızılgüllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Lənkəran şöbəsinin sədri Əlimərdan Əliyev ziyarətçilərə məlumat verib ki, keçən əsrin 69-cu illərindən respublikamızın bütün regionlarında olduğu kimi, Lənkəran rayonu da Heydər Əliyev zəkasının işığında tarixinin ən şərəfli mərhələsinə qədəm qoyub. Vurğulayıb ki, Ulu Öndər dəfələrlə Lənkəranda olub. Hər dəfə də bu torpağın əməkçilərinə “Siz İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş iki dəfə “Sovet İttifaqı Qəhrəmanı” adı almış general Həzi Aslanovun varislərisiniz, onun həmyerlilərisiniz, onun doğmalarısınız”, - deyə müraciət edib. Bu torpağın zəhmətkeş insanları ilə görüşüb, onların problemlərinin həlli istiqamətində çox böyük işlər görüb. İndi tarixin yaddaşına həkk olunan bu görüşləri lənkəranlılar heç vaxt unutmurlar.

Xalqımızın igid oğlu Həzi Aslanovun adını daşıyan Xatirə parkında da böyük qələbəlik yaşanıb. Əfsanəvi sərkərdənin möhtəşəm heykəli qarşısına Müdafiə Nazirliyinin adından əklil qoyulub, güllər düzülüb. Həzi Aslanovun timsalında şəhadətləri ilə tarix yazan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abidə qarşısında Azərbaycan hərb tarixinin, görkəmli sərkərdələrin, milli qəhrəmanların, xalqın cəngavər oğullarının adlarının əbədiləşdirilməsində Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs olunub.

Qəhrəmanın ad və soyadını şərəflə daşıyan nəvəsi polis general-mayoru Həzi Aslanov Ulu Öndərlə bağlı xatirələrini danışaraq vurğulayıb ki, Heydər Əliyev Həzi Aslanovun ailəsinə həmişə xüsusi diqqət göstərib. Hər il 9 May – Qələbə Günündə Xavər nənəmizə gül çələngi göndərər, onu təbrik edərdi. Həzi Aslanovun övladları da hər zaman Ulu Öndərin qayğısından danışar, o böyük şəxsiyyətin Azərbaycanın gələcəyi naminə həyata keçirdiyi möhtəşəm layihələrdən fəxrlə söhbət açardılar. Bu parkın yaradılması və burada Həzi Aslanovun möhtəşəm heykəlinin ucaldılması təşəbbüsü də unudulmaz dahi rəhbərimizin ideyasıdır.

Yetmiş yeddi il əvvəl yanvarın 24-də Həzi Aslanov Pribaltika cəbhəsində müəmmalı şəkildə həlak olmuşdu. Hər il bugünkü gün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Həzi Aslanovun ev muzeyində də tədbirlər keçirilir. Builki anım mərasimi forma və məzmununa görə digər tədbirlərdən fərqlənib və tamaşaçıların böyük marağına səbəb olub.

Qonaqları və ziyarətçiləri Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və muzeyin əməkdaşları səmimiyyətlə qarşılayıblar.

Vətən müharibəsi iştirakçısı Hərbi Hava Qüvvələrinin zabiti Təbriz Əlizadənin pilot uniforması geymiş oğlu Məmməd Arazın “Həzi burada doğulub” şeiri ilə qonaqlara bələdçilik edib.

Həzi Aslanovun 113 il öncə doğulduğu evin qarşısındakı abidə ziyarət olunub, önünə qərənfillər düzülüb.

Layihənin və Həzi Aslanov haqqında bir neçə kitabın müəllifi, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bir neçə gündür davam edən vətənpərvərlik tədbirləri həftəsinin gedişatı barədə ətraflı məlumat verib.

Unudulmaz sənətkarlarımız xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun 30 il öncə yaratdıqları, xalqımızın və Azərbaycan Ordusu şəxsi heyətinin “Döyüşən teatr” adlandırdığı Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivinin Abdulla Qurbaninin “Həzi Aslanov xatirələr işığında” adlı pyesi əsasında hazırladıqları tamaşa böyük maraqla izlənilib.

Ehtiyatda olan general-mayor Altay Mehdiyev deyib: “Həzi Aslanov mənim üçün ideal bir sərkərdədir. Sovet dövrü hərb tarixində müstəsna yeri olan Həzi Aslanovun xidmətləri bu gün də dünyanın hərbi mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. Lakin Həzi Aslanov şəxsiyyətinə və qəhrəmanlığına ən yüksək qiyməti bu il 100 illiyini dövlət səviyyəsində qeyd edəcəyimiz xalqımızın iftixarı Heydər Əliyev vermiş və onun adı layiqincə əbədiləşdirilmişdi. Mən və mənim yaşıdlarım Həzi Aslanov peşəkar hərbi məktəbindən bəhrələnmişik desək, heç də yanılmarıq. Şəxsən mənim və yüzlərlə mənim kimi azərbaycanlı gəncin öz gələcək taleyini Vətənə xidmət peşəsinə - hərbi peşəyə bağlamasının əsas səbəbkarı məhz Həzi Aslanov olmuşdu”.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezidentin Sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” (ölümündən sonra) adına layiq görülən Əlahiddə tank taborunun komandiri, şəhid mayor Amid Heydərovun Lerik rayonundan gələn atası Rəbbil müəllim oğlunun Vətən müharibəsinin ilk günündən üzərinə “Həzi Aslanov” yazılan tankı ilə hücuma keçərək düşmənin bir neçə səddini yardığından, dağıdıcı və sarsıdıcı zərbələr vurduğundan, canlı qüvvə və texnika sarıdan xeyli itkilər verdiyindən qürurla danışıb.

2016-cı ilin Aprel döyüşlərindən sonra “İgidliyə görə” və bir çox medallarla təltif olunan tank komandiri baş gizir Paşa Mehdiyevin Vətən müharibəsindən altı ay öncə silahdaşları ilə birlikdə Həzi Aslanovun ev-muzeyini ziyarət etmələri, burada xatirə olaraq çinar əkmələri və Lələtəpə uğrunda döyüşlər zamanı geydiyi tankçı köynəyini muzeyə hədiyyə etməsi və Həzi Aslanovun gimnastyorkası ilə yanaşı sərgilənən həmin köynəyin də tamaşaçılar qarşısında nümayiş olunması, eləcə də Füzuli rayonundan mərasimə gələn şəhid baş gizirin oğlu Etibar Mehdizadənin kövrək çıxışı tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Vətən müharibəsində digər qoşun növləri ilə yanaşı, Azərbaycan tankçıları da möhtəşəm Zəfərin qazanılmasında böyük səylər göstəriblər. Onlardan biri də Vətən Müharibəsi Qəhrəmanı əsgər Azər Abdullazadədir. Əsgər A.Abdullazadə döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərib. Tərtər rayonundan anım mərasiminə gələn tankçı qəhrəman Vətən uğrunda neçə-neçə qəlpə yarası alsa da, bir gözünü itirsə də ruhdan düşməyib. Yenə də Ali Baş Komandanın əmrinə hazırdır.

Azərbaycan hərb tarixinin, qəhrəmanlıq ənənələrinin təbliğində və Azərbaycan Ordusunun şəxsi heyətinə nümunəvi muzey xidmətlərinin göstərilməsinə görə Həzi Aslanovun ev muzeyinin təltif olunduğu Müdafiə Nazirliyinin fəxri fərmanı və qiymətli hədiyyə kollektivə təqdim olunub.

Bakı Bələdiyyə Teatrının aktyorları və qonaqlara Həzi Aslanov haqqında kitablar və albomlar hədiyyə edilib.

Həzi Aslanovun nəvəsi polis general-mayoru Həzi Aslanov görkəmli sərkərdələrimizin adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulması istiqamətində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Heydər Əliyev ənənələrinin bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Göstərilən bu diqqətə görə Müzəffər Ali Baş Komandana, qədirbilən Azərbaycan xalqına və bu tədbirlərin təşkilatçılarına, Müdafiə Nazirliyinin rəhbərliyinə, Bakı Bələdiyyə Teatrının kollektivinə Aslanovlar ailəsinin dərin minnətdarlığını bildirən polis general-mayoru Həzi Aslanov bu kimi tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacağına əminliyini bildirib və Heydər Əliyevin bu fikirləri ilə çıxışını bitirib: “Atalarımızın, babalarımızın, əcdadlarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olmalıdır”.

Tədbir Əməkdar artist polkovnik-leytenant Cahangir Qurbanovun ifa etdiyi “Həzilər yurdunun mərd oğulları” (sözləri A.Qurbaninin, musiqisi A.Zahidindir) mahnısının ifası ilə başa çatıb.

“Ulu Öndərin sevimli qəhrəmanları” silsiləsindən növbəti tədbir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu Devid Kemerona: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO

Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO

Nigeriya COP29-da aktiv iştirak etmək üçün hazırlıqlara başlayır

UNICEF: Sudanda məktəbyaşlı uşaqların 90 faizi təhsil ala bilmir

Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb

Peskov: Rusiya və Türkiyə prezidentləri arasında təmaslarda fasilə yoxdur

Beyləqanın Xocavənd qəsəbəsində 900 ağac əkilib

Fransa polisi Olimpiya Oyunları ərəfəsində insanları Parisdən təxliyə etməyə başlayıb

BMU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Ukraynada ağır cinayətlər törədən erməni əsilli hərbçi 12 il həbs cəzasına məhkum edilib

Ermənistanın sərhəd təxribatları İrəvanın sülhdən uzaq olduğunu göstərir - RƏY

Nizami rayonundakı şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

AMEA-da özbək ədəbiyyatı tarixinə dair monoqrafiya hazırlanır

AzMİU tələbəsi ABŞ-ın Kolumbiya Universitetində təhsil alacaq

Ankarada yeni “Azərbaycan dilinin orfoqrafiya lüğətinin” təqdimatı keçirilib