HEYDƏR ƏLİYEV - 100
Ulu Öndərin xalqımız qarşısındakı xidmətləri heç vaxt unudulmayacaq
Bakı, 7 iyun, AZƏRTAC
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində iyunun 7-də YAP Oğuz rayon təşkilatı tədbir keçirib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov qəlbi daim Azərbaycan ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.
Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı çıxışında söyləyib ki, Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət edib. Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib ki, Vətəninə, xalqına sədaqətlə xidmət etmiş Ulu Öndər Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən müdrik dövlət xadimidir. Azərbaycan gənclərinin əsl vətəndaş kimi formalaşmasında Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var.
Digər çıxış edənlər - Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Müslümat Allahverdiyeva, İkinci Qarabağ müharibəsi iştirakçısı Sənan Rəşidli, Oğuz rayon Təhsil sektorunun əməkdaşı Günel Abdullayeva, Vətən müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli Tural Məmmədovun atası Arif Məmmədov və Oğuz Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Lalə Salamova vurğulayıblar ki, Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri fərmanlar təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.