REGİONLAR


Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı xidmətləri misilsizdir

Balakən, 10 may, Mustafa Dadaşov, AZƏRTAC

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Balakən rayonunda da silsilə tədbirlərlə qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ulu Öndərin doğum günü münasibətilə rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri mayın 10-da Balakən şəhərindəki mədəniyyət və istirahət parkına gələrək, dahi şəxsiyyətin dağüstü yüksəklikdə ucaldılan abidəsi önünə gül-çiçək düzüb, ölməz ruhu qarşısında baş əyiblər.

Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, Heydər Əliyevin zəngin həyat yolu, xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətləri barədə danışıb. Vurğulanıb ki, bu dahi şəxsiyyət Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanan Ulu Öndər kimi yaşayır və yaşayacaq.

Tədbirdə Ulu Öndərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.