CƏMİYYƏT
“Ulu öndər Heydər Əliyev Azərbaycançılıq ideologiyasının banisidir” inşa müsabiqəsinin qalibləri təltif edilib
Bakı, 19 noyabr, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyev Azərbaycançılıq ideologiyasının banisidir” mövzusunda rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında onlayn keçirilən inşa müsabiqəsinin qalibləri təltif edilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, müsabiqənin qalibi rayonun Nərimanabad qəsəbəsində yaşayan S.Kazımbəyov adına Lənkəran şəhər 6 saylı tam orta məktəb-liseyin X sinif şagirdi Fatimə Qurbanova olub. İkinci yerə Xanbulan kənd tam orta məktəbinin XI sinif şagirdi Şahibə Fərhadzadə, üçüncü yerə isə Lənkəran Şəhər 10 saylı tam orta məktəbin XI sinif şagirdi Zərintac Şükürzadə layıq görülüb.