CƏMİYYƏT


Ulu öndər Heydər Əliyev daim gənc nəslə yüksək diqqət və qayğı göstərib

Bakı, 10 may, AZƏRTAC 

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasətinin əsas hədəfi milli-mənəvi dəyərlərimizə sadiq, müstəqilliyimizin və dövlətçiliyimizin qorunması uğrunda hər an mübarizəyə hazır gənc nəslin yetişməsidir.

Bu sözləri ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar dahi şəxsiyyətin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İctimai Birliyinin icraçı direktoru Cavid Rəhimov AZƏRTAC-a müsahibəsində deyib.

Cavid Rəhimov deyib ki, ümummilli lider Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərinin həllini diqqət mərkəzində saxlayırdı. Dahi şəxsiyyət gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib, Azərbaycan gənclərinin nüfuzlu universitetlərdə təhsil almalarına şərait yaradıb. Sevindirici haldır ki, əbədiyaşar liderin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncliyi Ümummilli Liderin ideyalarından bəhrələnir, onu yaşadır. Böyük dövlət xadimi Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti hər bir gənc üçün örnəkdir. Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında dövlət gənclər siyasətinin mühüm rolu var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.