REGİONLAR


Ulu öndər Heydər Əliyev gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm verib

Beyləqan, 6 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyev daim gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə, milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Xocavənd Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan gəncliyinin vətənpərvərlik tərbiyəsi” mövzusunda dəyirmi masada səsləndirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün qeyd edilməsi, Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından çıxarmış bu dahi şəxsiyyətin dövlət idarəçiliyi sahəsindəki fəaliyyətində vətənpərvərlik tərbiyəsinin müxtəlif istiqamətləri üzrə görülmüş işlər barədə gənclərin məlumatlılığının artırılması, azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğ edilməsi məqsədilə keçirilən tədbirdə rayonun ictimai həyatında fəallığı ilə seçilən, müxtəlif sahələrdə uğur qazanan, idarə və müəssisələrdə çalışan gənclər iştirak edib.

Tədbirdə ulu öndər Heydər Əliyevi xatirəsi anılıb. Çıxışlarda dahi rəhbərin keçdiyi şərəfli həyat yolundan, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, milli dövlətçilik ideyasının bərqərar olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə göstərdiyi əvəzsiz tarixi xidmətlərdən, gənclərlə iş sahəsində yürütdüyü siyasətdən bəhs edilib. Mövzu ilə bağlı gənclərin fikirləri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.