REGİONLAR
Ulu öndər Heydər Əliyev həyatını xalqın xoşbəxt gələcəyinə həsr edib
Beyləqan, 8 dekabr, AZƏRTAC
Bütün varlığı ilə Vətəninə və xalqına bağlı olan ulu öndər Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib. Əsrlər keçsə də, nəsillər dəyişsə də, Heydər Əliyevin əziz xatirəsi daim qəlblərdə yaşayacaq, yaddaşlardan heç vaxt silinməyəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilən “Özü qəlblərdə, izi tarixlərdə yaşayan Lider” adlı konfransda Ulu Öndərin əziz xatirəsi anılıb.
Ağsaqqalların, idarə, müəssisə və təşkilat rəhbərlərinin, mədəniyyət işçilərinin, ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə Ulu Öndərin ömür yolu və fəaliyyəti haqqında ətraflı məlumat verilib, dahi rəhbərin dövlət müstəqilliyinin qorunmasında, ölkəmizin hərtərəfli inkişafı yolunda böyük tarixi xidmətlərindən bəhs olunub.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.