REGİONLAR


Ulu öndər Heydər Əliyev müasir təhsil sisteminin yaradıcısıdır

Beyləqan, 3 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə edilib. “Təhsil millətin gələcəyidir” deyən ulu öndər Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqət göstərib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Ulu öndər Heydər Əliyev müasir təhsil sisteminin yaradıcısıdır" mövzusunda videokonfransda səsləndirilib.

Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova çıxış edərək, ulu öndər Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafı ilə bağlı xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycanda elm, təhsil, mədəniyyət və iqtisadiyyatın inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar bu gün ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.

Tədbirdə çıxış edən İmamverdilər kənd tam orta məktəbinin direktoru Vüsal Böyükkişiyev, Soltanbud kənd orta məktəbinin tarix müəllimi Məhəbbət Məmmədov, YAP Beyləqan rayon təşkilatının Gənclər Birliyinin sədri Rafiz İsmayıllı və başqaları ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən, təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, illər ötəcək, nəsillər bir-birini əvəz edəcək, Heydər Əliyevin uzaqgörən strategiyası uğurlu gələcəyə gedən yollarımızı əbədi məşəl kimi daim işıqlandıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.