ELM VƏ TƏHSİL


Ulu öndər Heydər Əliyevə həsr olunmuş rəsm sərgisi

Bakı, 10 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biologiya, Sosial elmlər və psixologiya fakültələrinin birgə təşkilatçılığı ilə tələbə və müəllimlərin ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş rəsm sərgisi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, sərgidə “Şuşa İli” çərçivəsində hazırlanmış 100-ə yaxın rəsm əsəri nümayiş etdirilib, tələbələr tərəfindən maraqlı musiqi nömrələri ifa olunub. Tədbirdə vətənpərvərlik mövzusunda çəkilmiş rəsm əsərləri ilə yanaşı, müxtəlif janrlarda (portret, natürmort, mənzərə və s.) əl işləri təqdim edilib.

Universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov tədbirdə çıxış edərək tələbələrin asudə vaxtlarının səmərəli təşkilində, yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında bu cür sərgilərin əhəmiyyətini vurğulayıb.

Biologiya fakültəsinin dekanı Afət Məmmədova çıxışında sərgidə əl işləri nümayiş etdirilən iştirakçılara elmi fəaliyyətləri ilə yanaşı, yaradıcılıq uğurları arzulayıb.

Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini Nəzakət Kərimova çıxışında “Şuşa İli” çərçivəsində keçirilən silsilə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, fakültələrarası əməkdaşlığın gücləndirilməsində xüsusi rol oynadığını bildirib.

Hər iki fakültənin istedadlı tələbə və müəllimlərinin əl işləri böyük maraq və rəğbətlə qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.