Ulu öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş mini futbol turniri keçirilib
AzerTAg.az
Bakı, 5 may, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Binəqədi rayonunun ərazisində yerləşən “Azfar” MMC-nin stadionunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş minifutbol turniri keçirilib.
Binəqədi rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, minifutbol turnirinin nəticəsinə əsasən 1-ci yeri Sənaye və Texnologiya Kollecinin komandası, 2-ci yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası, 3-cü yeri Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin komandası tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova iştirak ediblər.




Xəbərin mətnində orfoqrafik səhv var