REGİONLAR


Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini öyrənmək gənclərin vətəndaşlıq borcudur

Tərtər, 14 avqust, AZƏRTAC

Müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini öyrənmək hər bir azərbaycanlının, xüsusən də gənclərin vətəndaşlıq borcudur. Məhz bu ruhda formalaşan gənclik əsl vətənpərvər vətəndaş olaraq öz ölkəsinin mənafeyini qoruya bilər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.

Ulu öndər Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin, Azərbaycan mədəniyyətinə töhfələrinin öyrənilməsi və təbliği məqsədilə keçirilən tədbirdə gənc mədəniyyət işçiləri iştirak edib. Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusubova çıxışında bildirib ki, Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Ümummilli lider Heydər Əliyev xalqımızın qəlbində özünə əbədi bir abidə ucaldıb. Bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Hər birimiz bugünkü firavan həyatımıza, xoş gələcəyimizə görə əbədiyaşar liderimizə borcluyuq. Böyük öndərimizin əsasını qoyduğu uğurlu strategiyanı hazırda onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev müvəffəqiyyətlə inkişaf etdirir”.

Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin həyat yolundan söhbət açaraq, onun respublikamızın hərtərəfli inkişafının təməlini qoyduğunu, əsaslı hüquqi islahatlar apardığını, müstəqil Azərbaycanın onun ideyalarının işığında sürətlə inkişaf yolu keçdiyini, dünyada söz və nüfuz sahibinə çevrildiyini bildiriblər.

Çıxışlarda ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında fəaliyyətindən də danışılıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev daim Azərbaycan mədəniyyətinə, incəsənətinə çox böyük diqqət yetirib, onun inkişafında, bugünkü səviyyəyə yüksəlməsində, təbliğində və dünyada tanıdılmasında misilsiz xidmətləri olub.

Tədbir iştirakçıları Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat yolunu və çoxşaxəli fəaliyyətini əks etdirən foto və sənədlərlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.