REGİONLAR


Ulu öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi minlərlə insanın ziyarətgahına çevrilib

Ağdam, 12 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində olan Ağdam rayonunda da dərin hörmət və ehtiramla anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayaraq minlərlə ağdamlı dahi şəxsiyyət Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb. Mərasimə gələnlər - YAP rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının əməkdaşları, əmək kollektivləri, ziyalılar, ağsaqqallar, veteranlar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri, ərazidəki N saylı hərbi hissənin zabit və əsgərləri dahi şəxsiyyətə sonsuz sevgi və ehtiramlarını bildirərək ruhu qarşısında baş əyib, Ulu Tanrıdan ona rəhmət diləyiblər.

Həmin gün Çəmənli kəndindəki Seyid Lazım Ağa ziyarətgahında və Dördyol qəsəbəsində ulu öndər Heydər Əliyevin xatirəsinə ehsan süfrələri açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.