ELM VƏ TƏHSİL


Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə dahi rəhbər Heydər Əliyevin əziz xatirəsi yad edilib, onun həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən videosüjet nümayiş olunub.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı böyük şəxsiyyət Heydər Əliyevin doğma Vətən və xalq qarşısında əvəzsiz xidmətlərindən danışıb, onun zəngin siyasi irsinin əhəmiyyətini vurğulayıb.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında, dünyaya tanınmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu vurğulayıb. Bildirilib ki, ölkəmizdə qazanılan bütün nailiyyətlər Heydər Əliyev siyasətinin bəhrəsidir.

ADNSU-nun kafedra müdiri, professor Hüseynbala Mirələmov müdrik şəxsiyyət Heydər Əliyev ideyalarının əbədiyaşar olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.