ELM VƏ TƏHSİL


Ulu öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən dəyirmi masa keçirilib.

Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, baş direktor tarix elmləri doktoru, professor Kərim Şükürov dahi şəxsiyyətin şərəfli ömür yolundan, vətənimiz qarşısındakı xidmətlərindən bəhs edib. O, ümummilli lider Heydər Əliyevin həm sovet, həm də müstəqillik illərində üzərinə düşən xilaskarlıq missiyasının öhdəsindən böyük məharətlə gələrək adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdığını vurğulayıb.

İnstitutun əməkdaşları çıxışlarında Ulu Öndərin həyat yolundan söhbət açıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin ideyaları və zəngin irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan dövləti hazırda tarixinin ən qüdrətli dövrünü yaşayır. Heydər Əliyevin rəhbərlik illəri Azərbaycan tarixinə elmin tərəqqisi dövrü kimi daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.